Bank Of Baku

Xüsusi nümayəndə: Qarabağ və Şərqi Zəngəzur ümumi su balansına tam inteqrasiya olunur

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

© APA | Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov

# 12 iyun 2026 13:41 (UTC +04:00)

Qarabağ və Şərqi Zəngəzurda təxminən 2 milyard m³ su resursları mövcuddur. Bu su ehtiyatlarının əsas müsbət tərəfi odur ki, bunlar əsasən daxili mənbələr hesabına formalaşan su resurslarıdır.

APA xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Zəngilanda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsinə həsr olunmuş regional müşavirədə deyib.

Xüsusi nümayəndə qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzur ümumi su balansımıza tam inteqrasiya olunur:

"Sözügedən ərazilərdə kənd təsərrüfatı potensialının reallaşdırılması üçün etibarlı su təminatının yaradılması bizim əsas prioritetlərimizdəndir. Bütün bu layihələr dövlət tərəfindən su və kənd təsərrüfatına göstərilən böyük diqqətin göstəricisidir".

Qeyd olunub ki, bu ərazilərdə müasir su təsərrüfatı infrastrukturunun qurulması və inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib və hazırda da bu işlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR