Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yekunlaşıb - FOTO

Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir işləri yekunlaşıb - <span style="color: red;">FOTO
# 20 avqust 2015 14:31 (UTC +04:00)

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən “APA-Economics”ə verilən məlumata görə, artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.

Uzun müddət idi ki, yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra uzunluğu 1070, ortalama eni 16 metr olan yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Burda yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilmiş xəndəklərin üstü bərkidildi və köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq ərazidən daşınıb. Ümumilikdə küçənin 19500 kvadrat metr sahəsinə yeni asflat-beton örtüyünün döşənməsi işləri aparılıb.

Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Bura təqribən 2200 paqon-metr yeni səki daşı düzülüb. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında yüksək keyfiyyətlə aparılaraq, vaxtında yekunlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə paytaxt və region yollarında kompleks tədbirlər həyata keçirilir. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən həmin yolların təmiri tərtib olunmuş qrafikə uyğun davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR