Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır

Bakının iki rayonunun içməli su təchizatı məhdudlaşdırılır
# 25 sentyabr 2014 06:59 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu gün Bakının iki rayonunun ərazisində içməli suyun verilişində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Nəsimi rayonunun Bülbül prospektində yol infrastrukturunun yenidən qurulması işləri çərçivəsində ərazidən keçən su və kanalizasiya xətlərinin yenilənməsi ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsi 24 saat müddətində dayandırılacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR