Azərbaycan banklarının xarici borclanması azalmaqda davam edir

Azərbaycan banklarının xarici borclanması azalmaqda davam edir
# 11 iyul 2016 08:09 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 288,4 mln. manat və ya 4,13% azalaraq 2016-cı ilin iyun ayının 1-nə 6 mlrd. 693,7 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu ilin aprel ayı ilə müqayisədə mayda bankların xarici borclanması 55,6 mln. manat və ya 0,82% azalıb.

Ümumiyyətlə, 2015-ci ilin dekabrı ilə müqayisədə bu ilin aprelində bankların məcmu xarici öhdəliklərin həcmi 1 mlrd. 510,8 mln. manat və ya 18,41% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2016-cı ilin iyunun 1-nə 5 mlrd. 515 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 845,1 mln. manat və ya 18,1% çoxdur. Məcmu xarici aktivlərin həcmində bu ilin aprel ayı ilə müqayisədə mayda 3 mlrd. 42,9 mln. manat və ya 35,56%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR