Azərbaycan prezidenti Naxçıvanda yeni avtomobil yolunun istifadəyə verilməsində və bir sıra sosial obyektlərin açılışında iştirak edib - VİDEO

Azərbaycan prezidenti Naxçıvanda yeni avtomobil yolunun istifadəyə verilməsində və bir sıra sosial obyektlərin açılışında iştirak edib  - <span style="color: red;">VİDEO
# 07 aprel 2014 15:00 (UTC +04:00)

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov dövlət başçısına kompleks barədə ətraflı məlumat verib.

Bildirilib ki, yeni istifadəyə verilən müasir kompleks Naxçıvan şəhərində 90 minə yaxın əhalini fasiləsiz olaraq ekoloji cəhətdən təmiz su ilə təmin edəcək. Tikintisinə 2012-ci ildə başlanan kompleksə sutəmizləyici qurğu, inzibati bina və su anbarları daxildir. Laboratoriyada quraşdırılan müasir avadanlıq suyun tərkibinə gündəlik nəzarət etməyə imkan verəcək.

Sonra İlham Əliyev sutəmizləyici qurğunu işə salıb.

Komplekslə tanışlıqdan sonra dövlət başçısı Naxçıvan şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması tədbirləri çərçivəsində görülən işlərin gedişi ilə maraqlanıb. Məlumat verilib ki, Naxçıvan şəhərində bu günə qədər 218 kilometr içməli su və 200 kilometr kanalizasiya xətti çəkilib, 19 minə yaxın mənzilə su verilib.

Prezident İlham Əliyev səfər çərçivəsində həmçinin Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı əvvəlcə yolun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxıb.

Məlumat verilib ki, ümumi uzunluğu 88,8 kilometr olan yolda aparılan tikinti işləri iki ilə başa çatdırılıb. Yeni yol təkcə Naxçıvan şəhəri və Şahbuz rayonu üçün deyil, ümumilikdə muxtar respublika üçün mühüm iqtisadi əhəmiyyətə malikdir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun üzərində körpülər, beton-selötürücü və su keçidləri də inşa edilib.

Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib, yeni yolda avtomobili idarə edib.

İlham Əliyev Kəngərli Rayon Mərkəzi Xəstəxanasının yenidənqurmadan sonra açılışında da iştirak edib. Bildirilib ki, bu tibb ocağı Qıvraq kənd sahə xəstəxanasının bazasında yaradılıb.

Yeni bina ilə tanışlıq zamanı İlham Əliyevə məlumat verilib ki, Kəngərli rayonunda 30 mindən çox əhaliyə xidmət edəcək xəstəxananın binasında ən müasir səviyyədə əsaslı yenidənqurma işləri aparılıb. Burada müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaq.

Xəstəxanada 95 nəfərdən ibarət tibb heyəti çalışacaq.

Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR