Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib

Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib
# 18 may 2024 12:12 (UTC +04:00)

Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb.

APA-nın Qarabağ bürosu xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qızı 2005-ci təvəllüdlü M.Əmirova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR