Cenevrədə Ketrin Eşton və Məhəmməd Cavad Zərif arasında danışıqlar bərpa olunub

Cenevrədə Ketrin Eşton və Məhəmməd Cavad Zərif arasında danışıqlar bərpa olunub
# 21 noyabr 2013 15:24 (UTC +04:00)

Bakı – APA. Cenevrədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, “altılıq” qrupunun əlaqələndiricisi Ketrin Eşton və İran xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında danışıqlar bərpa olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, K. Eştonun mətbuat katibi Maykl Mann tərəflərin danışıqlarda irəliləyiş əldə etmək üçünü çalışdığını deyib.

Danışıqlar 3 saat davam edib və tərəflər fasilə veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR