Bakıda ötən həftə 30 sərxoş sürücü aşkar edilib

Bakıda ötən həftə 30 sərxoş sürücü aşkar edilib
# 06 avqust 2013 15:43 (UTC +04:00)

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, ötən həftə BŞDYPİ-nin Yol patrul xidmətinin əməkdaşlarının aşkar etdiyi 30 sərxoş sürücü barəsində müvafiq protokol tərtib edilib.

V. Əsədov, həmçinin bildirib ki, paytaxt ərazisində son günlərdə tikilən yeraltı qarajlar istifadə verildikdən sonra nəqliyyat vasitəsini dayanma-durma və parklanmanı qadağan edən nişanların təsir sahəsində saxlayan 500-dən çox sürücü haqqından inzibati protokol tərtib edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR