İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb - VİDEO - YENİLƏNİB

İsmayıllıda göldə batan şəxsin meyiti tapılıb - VİDEO  - YENİLƏNİB
# 24 may 2024 15:14 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonunun Kürdmaşı kəndi yaxınlığındakı süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri əraziyə cəlb edilib.

Dalğıclar tərəfindən süni göldə batmış 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***

15.07

İsmayıllıda itkin düşmüş şəxsin meyiti tapılıb.

APA-nin Şirvan bürosu xəbər verir ki, axtarışlar zamanı rayonun Kürdmaşı kənd sakini 1998-ci il təvəllüdlü Qasımov Əli Elman oğlunun meyiti göldən tapılaraq aidiyyətı üzrə təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR