Mazandaranda Xəzərəyanı ölkələrin mədəniyyət festivalı keçiriləcək - FOTO

Mazandaranda Xəzərəyanı ölkələrin mədəniyyət festivalı keçiriləcək - <span style="color: red;">FOTO
# 14 aprel 2015 07:01 (UTC +04:00)

Mazandaran. Elvin Bayramlı - APA. "Mazandaranda Xəzəryanı ölkələrdə yaşayan xalqların mədəniyyət festivalının keçirilməsini planlaşdırırıq və bu festivalda Azərbaycan nümayəndə heyətinin aktiv iştirak etməsini istəyirik".

APA-nın İrana ezam olunmuş müxbiri xəbər verir ki, bunu azərbaycanlı jurnalistlərlə görüşdə İranın Mədəni İrslərin Qorunması Təşkilatının Mazandaran əyaləti üzrə idarəsinin rəhbəri Dilavər Bozorgniya deyib.

D. Bozorgniyanın sözlərinə görə, 2005-ci ildə Mazandaranda Novruz bayramı ərəfəsində keçirilən Xəzəryanı ölkələrin musiqi festivalında Azərbaycan nümayəndə heyəti də geniş tərkibdə iştirak edib: "Azərbaycanlı musiqiçilərin ifaları çox bəyənilib. Bu səbəbdən azərbaycanlı sənətçilər əyalətin televiziyasında dəfələrlə çıxış ediblər”.

D.Bozorgniya ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Mazandarının incəsənət xadimlərinin Azərbaycanda konserti təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR