Kürdəmir rayonunda oğurluqla məşğul olan dəstə saxlanılıb - VİDEO

Kürdəmir rayonunda oğurluqla məşğul olan dəstə saxlanılıb - <span style="color: red;">VİDEO
# 23 avqust 2013 08:47 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda oğurluqla məşğul olan dəstə saxlanılıb. APA-nın yerli bürosunun məlumatına görə, rayon sakinləri Abdulla Nağıyev, Arifə Məmmədova, Nizam Hüseynov və Solmaz Osmanova xırda buynuzlu heyvanların oğurlanması ilə bağlı polisə məlumat veriblər. Daxil olan müraciətlər əsasında dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Oğurluq etməkdə təqsirli bilinən 3 nəfər Kürdəmir rayon sakini – Sərvər Əliyev, Əliş Səlimov və Vüqar Şirinov rayon polisi tərəfindən saxlanılaraq şöbəyə gətiriliblər. İlkin dindirmə zamanı məlum olub ki, saxlanılan şəxslər rayonun Mürtülü kənd sakini İkram Gərayovaya da məxsus daha 3 baş qoyunu oğurlayıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR