Nazir Ziya Məmmədov: «Qarşıdakı illərdə Azərbaycanın yol nəqliyyat kompleksində daha böyük layihələr həyata keçiriləcək»

Nazir Ziya Məmmədov: «Qarşıdakı illərdə Azərbaycanın yol nəqliyyat kompleksində daha böyük layihələr həyata keçiriləcək»
# 24 aprel 2013 14:16 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu nəqliyyat naziri Ziya Məmmədov bildirib.

Onun sözlərinə görə, təkcə 2012-ci ildə bu sahəyə 3,3 mlrd. dollar vəsait yönəldilib ki, bu da ümumi investisiyaların 16,8%-ni təşkil edir.

Z.Məmmədov bildirib ki, son illər Azərbaycanın tranzit potensialının artırılması üçün yeni layihələr həyata keçirilir: «Şəhər nəqliyyat sisteminin idarə olunmasında innovasiyalar tətbiq olunur. O cümlədən, Bakı-Tblisi-Qars dəmir yolunun və yeni Bakı Beynlxalq Dəniz limanının tikintisi davam edir».


Nazir vurğulayıb ki, qarşıdakı illərdə yol nəqliyyat kompleksində daha böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Xüsusilə, Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq paytaxtın nəqliyyat infrastrukturunun yenilənməsi məqsədilə işlər həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR