Gənclər Fondunun icraçı direktoru Avropa Şurasının komitə iclasında iştirak edib - FOTO

Gənclər Fondunun icraçı direktoru Avropa Şurasının komitə iclasında iştirak edib - <span style="color: red;">FOTO
# 11 iyun 2013 07:34 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Avropa Şurasının gənclərlə iş sahəsi üzrə proqram komitəsinin üzvü kimi iyunun 3-6-da Macarıstanın Budapeşt şəhərində Avropa Şurasının gənclərlə iş sahəsi üzrə proqram komitəsinin 29-cu iclasında iştirak edib.

Gənclər Fondunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasın keçirilməsində əsas məqsədlərdən biri 2012-ci ilin gənclər sahəsi üzrə proqramın monitorinqinin aparılması və 2013-cü ilin proqram və büdcəsinin müzakirə olunması, eyni zamanda Avropa Gənclər Fondu tərəfindən 2013-cü ilin fəaliyyətlərinin qiymətləndirilməsindən ibarət idi.

İclas zamanı 2012-ci ilin büdcəsinin monitorinqi aparılıb, 2013-cü ilin birinci hissəsi ərzində Avropa Gənclər Fonduna daxil olan gənclər layihələri və onlara ayrılmış vəsait müzakirə olunub, eyni zamanda proqram komitəsinin üzvlərinə növbəti 2014-cü il üçün büdcə layihəsi təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR