Rəsul Cəfərovun apellyasiya şikayəti təmin edilməyib

Rəsul Cəfərovun apellyasiya şikayəti təmin edilməyib
# 19 dekabr 2014 11:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində İnsan Haqları Klubunun həbsdə olan sədri, hüquq müdafiəçisi Rəsul Cəfərovun apellyasiya şikayətinə baxılıb.

Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət təmin edilməyib.

Qeyd edək ki, bir müddət əvvəl R. Cəfərov ev dustaqlığına buraxılmaqla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə vəsatəti təmin etmədiyindən qərardan apellyasiya şikayəti verilib.


R. Cəfərov avqustun 2-də həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verdikdən sonra ona qarşı Cinayət Məcəlləsinin qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbirinin seçilib.

Sonradan Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən R. Cəfərova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) və 313-cü (sənədləri saxtalaşdırma) maddələri ilə əlavə ittiham elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR