Sabir Rüstəmxanlı Mahmudəli Çöhrəqanlının Azərbaycana səfər etməsinə imkan yaradılması üçün prezidentə müraciət edib

Sabir Rüstəmxanlı Mahmudəli Çöhrəqanlının Azərbaycana səfər etməsinə imkan yaradılması üçün prezidentə müraciət edib
# 01 fevral 2013 13:54 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı ölkə prezidenti İlham Əliyevə müraciət edib.

APA-nın məlumatına görə, S.Rüstəmxanlı bildirib ki, müraciət qurumun Məşvərət Məclisinin sədri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlının Azərbaycana səfər etməsinə yaradılan maneənin aradan qaldırılması ilə bağlı olub.

S.Rüstəmxanlı deyib ki, M.Çöhrəqanlı bu gün də olmasa, yaxın vaxtlarda Azərbaycana gələ biləcək: “Bəli, Türkiyəyə gələ bilmədi. Çünki Milliyyətçi Hərəkat Partiyasının qurultayına buraxmadılar. Onun Türkiyəyə gelə bilməməsi, getməsindən daha geniş müzakirə mövzusuna çevrildi və Türkiyə mətbuatının diqqəti bu istiqamətə yönəldi, o cümlədən iqtidara suallar ünvanlandı”.

O qeyd edib ki, hazırkı məqamda Türkiyə və Azərbaycan İranla münasibətləri pozmaq istəmir: “Hələlik bölgə ölkələri İranın nazı ilə oynayır. Lakin bu çox çəkməz”. S.Rüstəmxanlı M.Çöhrəqanlının Azərbaycana səfərinin zor gücünə reallaşdırılmasının mümkünsüz olduğunu da söyləyib: “Amma onun səfəri reallaşacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR