Azərbaycan İslam Ölkələrinin III Həmrəylik Oyunlarında daha bir qızıl medal qazanıb

Azərbaycan İslam Ölkələrinin III Həmrəylik Oyunlarında daha bir qızıl medal qazanıb
# 24 sentyabr 2013 08:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan millisi İndoneziyada keçirilən İslam Ölkələrinin III Həmrəylik Oyunlarının ikinci gününə də uğurla başlayıb. Apasport.az saytının məlumatına görə, yığmamıza bu dəfə Rafael Ağayev (75 kq) qızıl medal qazandırıb.

Əlcəzair, Türkiyə və Misir karateçilərinə qalib gələrək finala yüksəlib. Ağayev həlledici qarşılaşmada iranlı idmançı ilə üz-üzə gəlib. Dünyada kifayət qədər tanınmış həmyerlimiz bu rəqibinə də yerini göstərərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da, Azərbaycan yığmasının aktivindəki medalların sayı 3-ə çatıb. Ağayevdən öncə Ayxan Mamayev (84 kq) qızıl, Şahin Atamov (+84 kq) gümüş medala sevinmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR