«Kapital Bank» kart sahiblərinə nağd pul krediti təklif edir

«Kapital Bank» kart sahiblərinə nağd pul krediti təklif edir
# 12 dekabr 2013 09:18 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Kapital Bank» ASC-nin maaş və pensiya kartlarının sahibləri olan şəxslər artıq Bankın 6 min manata qədər nağd pul krediti təklifindən faydalana biləcəklər.

«APA-Economics»in məlumatına görə, bankın pensiya və maaş kartlarına sahib olan müştərilər nağd pul kreditini zaminsiz, girovsuz, arayışsız, illik 24%-dən başlayan faiz dərəcəsi ilə, 36 ayadək müddətə əldə edə bilər.

Qeyd edək ki, ödənişləri istər «Kapital Bank»ın filial və şöbələrində, istərsə də banka gəlmədən, bankın saytına daxil olmaqla, online rejimində həyata keçirmək mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR