Samur-Abşeron su kanalından 13 yaşlı yeniyetmənin meyiti çıxarılıb

Samur-Abşeron su kanalından 13 yaşlı yeniyetmənin meyiti çıxarılıb
# 25 noyabr 2013 20:36 (UTC +04:00)

Bakı-APA. Samur-Abşeron kanalının Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində bir uşaq kanala düşüb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal dalğıc-xilasediciləri axtarış-xilasetmə işlərinin aparılması üçün hadisə yerinə cəlb edilib.

Xilasedicilər 2000-ci il təvəllüdlü Rzazadə Ərəb Əflatun oğlunun cəsədini batdığı yerdən taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR