Şabranda özünü beşinci mərtəbədən ataraq intihar etmək istəyən şəxs xilas edilib

Şabranda özünü beşinci mərtəbədən ataraq intihar etmək istəyən şəxs xilas edilib
# 05 fevral 2014 11:57 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Şabran şəhərində 1 nəfər vətəndaşın beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsindən özünü atmaqla intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal FHN-in Şabran Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Aparılmış psixoloji söhbət nəticəsində vətəndaşın könüllü şəkildə enməsinə nail olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR