Bakıda bölmə rəisi bıçaqlanıb - VİDEO

Bakıda bölmə rəisi bıçaqlanıb - <span style="color: red;">VİDEO
# 20 iyun 2014 10:45 (UTC +04:00)

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Xutor qəsəbəsində qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Anar Şıxəliyev şəxsi avtomobilini idarə edərkən naməlum şəxslərin hücumuna məruz qalaraq bıçaqlanıb.

A. Şıxəliyev bıçaq xəsarətləri ilə Daxili İşlər Nazirliyinin hospitalına yerləşdirilib.

Hazırda polis hadisəni törədən şəxslərin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR