AMEA institutunda Attestasiya Komissiyası yaradılıb

AMEA institutunda Attestasiya Komissiyası yaradılıb
# 03 fevral 2014 14:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarına əsasən Riyaziyyat və Mexanika İnstitutunda Attestasiya Komissiyasının tərkibi müəyyənləşdirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, komissiya üzvləri ilə tanış olan institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov bildirib ki, attestasiya elmi işçilərin tutduqları vəzifələrə uyğun araşdırma məqsədi ilə peşəkar fəaliyyətin qiymətləndirilməsi əsasında aparılır. Diqqətə çatdırılıb ki, attestasiya elmi işçilərin tədris və yaradıcılıq imkanlarının səmərəli istifadəsinə, peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, kadrların seçilməsinin, hazırlanmasının və yerləşdirilməsinin optimallaşdırılmasına, elmi işçilərin mənəvi və maddi maraqlarının yüksəldilməsinə xidmət edir.

Qeyd edək ki, “Azərbaycan Respublikasında elm işçilərin attestasiyasının keçirilməsi Qaydaları” Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR