Vergilər naziri Fazil Məmmədov Sumqayıtda vətəndaşları qəbul edib - FOTO

Vergilər naziri Fazil Məmmədov Sumqayıtda vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 20 dekabr 2013 13:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın vergilər naziri Fazil Məmmədov Sumqayıt şəhərində vətəndaşları qəbul edib.

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bu gün vergilər naziri Fazil Məmmədov tərəfindən Sumqayıtda 2 saylı Ərazi vergilər Departamentində Sumqayıt şəhərindən və Abşeron, Qubadlı, Zəngilan, Şuşa rayonlarından olan vətəndaşlar üçün qəbul keçirilib.

Vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 50-yə yaxın vətəndaş vergilər nazirinə müraciət edib.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb, bir sıra məsələlərin araşdırılması və lazımi tədbirlər görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR