«Akkord» Korporasiyası Bakıda iri tunel tipli yol qovşağının inşasını başa çatdırır - FOTOSESSİYA

«Akkord» Korporasiyası Bakıda iri tunel tipli yol qovşağının inşasını başa çatdırır - <span style="color: red;">FOTOSESSİYA
# 23 avqust 2013 14:10 (UTC +04:00)

Korporasiyanın ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, ölkə başçısının sərəncamına əsasən, Nəqliyyat Nazirliyinin sifarişi ilə «Gənclik» metro stansiyasının ətrafındakı Qələbə meydanı ərazisində və onunla kəsişən yollarda nəqliyyatın hərəkətinin nizamlanması, tıxacların aradan qaldırılması və işıqforsuz hərəkət rejiminin təminini nəzərdə tutan layihənin icrasını «Akkord» Korporasiyası həyata keçirir.

Layihə üzrə ərazidə 16 giriş-çıxışlı, ümumi uzunluğu 2 512 metr olan 6 tunel tipli yol qovşağının və 10 piyada keçidinin inşası nəzərdə tutulub. Tikintisi yekunlaşmaq üzrə olan tunellərin qapalı hissəsinin uzunluğu 908,2 metr olmaqla ümumi uzunluğu 2 512 metr, eni 8-15,5 metr, hündürlüyü 5,5 metr, hərəkət zolaqlarının sayı 5-dir.

Tunel tipli yol qovşaqları Atatürk və Vaqif prospektlərinin, həmçinin Atatürk prospekti ilə Əhməd bəy Ağaoğlu küçəsi vasitəsilə Təbriz prospektinin birləşdirilməsi nəzərdə tutulur. Əlavə olaraq Təbriz küçəsindən gələn avtomobillər «Gənclik» dairəsinə girmədən birbaşa tunel vasitəsilə Dərnəgül şosesinə çıxa biləcək. Həmçinin, F.X.Xoyski prospektinə qısa döngələrlə istiqamətlənmək mümkün olacaq. Vaqif prospektindən gələn maşınlar F.X.Xoyski prospektinin altından keçərək Atatürk prospektinə çıxacaq və bu istiqamətdən Həsən Əliyev prospektinin üstündən keçəcək.

Layihəyə əsasən, inşa ediləcək 10 piyada keçidindən ikisində də işlər tamamlanma mərhələsindədir. Tamamlanmaq üzrə olan piyada keçidlərinin eni 4 metr, hündürlüyü 3 metr, uzunluğu 64-66 metrdir. Hər piyada keçidində 2 eskalator və əlillər üçün platforma quraşdırılacaq. Piyada keçidlərinin içərisinin üzlənməsində milli ornamentlərdən istifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR