Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib - FOTO

Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib  - <span style="color: red;">FOTO
# 11 may 2013 12:03 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov-APA. Gənclər və idman naziri Azad Rəhimov Mingəçevirdə vətəndaşları qəbul edib.

APA-nın məlumatına görə mayın 11-də Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Göyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayonundan olan vətəndaşlar iştirak edib.

Nazirə yazılı və şifahi formada müraciət edən vətəndaşların əsas istəyi daha çox rayonlarda idman bölmələrinin açılması, kəndlərdə idman zallarının və futbol meydançalarının tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, işə düzəlmə, gənclər təşkilatının yaradılması və qeydiyyata alınması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası və digər məsələlərlə bağlı olub.

Qəbul zamanı vətəndaşları narahat edən bəzi məsələlər yerindəcə həllini tapıb, Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Qəbuldan sonra nazir Azad Rəhimov rayonların gənclər və idman idarələrinin rəisləri ilə də görüşərək onlara qəbulun yekunları ilə bağlı müvafiq tapşırıqlar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR