Stavropol diyarında qətlə yetirilmiş polis əməkdaşları aşkarlanıb

Stavropol diyarında qətlə yetirilmiş polis əməkdaşları aşkarlanıb
# 24 yanvar 2014 23:27 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, qatar maşinisti dispetçerə körpünün altındakı şübhəli avtomobil haqqında məlumat verib.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobildə polis işçisinin meyitini aşkarlayıblar. İkinci meyit yaxınlıqda tapılıb.

Xatırladaq ki, on gün əvvəl Stavropol diyarında bir sutka ərzində dörd avtomobildə odlu silahdan qətlə yetirilmiş altı polis işçisi aşkar olunub. Bununla bağlı yerli qüc strukturları yüksək hazırlıq vəziyyətinə gətirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR