Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib - FOTO

Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib  - <span style="color: red;">FOTO
# 11 dekabr 2013 13:48 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Baş Prokurorluqda Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasim iştirakçıları əvvəlcə prokurorluğun inzibati binasının foyesində mərhum prezindet Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar.

Mərasimdə məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov diqqətə çatdırıb ki, dövlət quruculuğu və idarəetmə prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq hər bir strukturun fəaliyyətinə və inkişafına böyük diqqət göstərən Heydər Əliyevin prokurorluq orqanlarının inkişafında müstəsna rolu olub: “Ümummilli lider prokurorluq orqanlarının işinin təmin edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinə xüsusi qayğı göstərib”.

Bildirilib ki, İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan Prokurorluğunun həyatında yeni bir mərhələnin, hərtərəfli müasirləşmə və təkmilləşmə dövrünün əsası qoyulub.

Mərasimin sonunda “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan “Əbədiyyət: Heydər Əliyev və dövlət quruculuğu” adlı sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR