Ağsu rayonunda yanğın olub

Ağsu rayonunda yanğın olub
# 31 oktyabr 2013 01:41 (UTC +04:00)

Bakı-APA. Ağsu rayonu ərazisində yanğın olub. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə rayon mərkəzindən 22 km aralıda yerləşən Növzu kəndində baş verib.

Hadisə zamanı vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan talvarın yanar konstruksiyaları və talvarın altına yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR