Lənkəranda köməksiz qalan 2 yaşlı uşaq xilas edilib - FOTO

Lənkəranda köməksiz qalan 2  yaşlı uşaq xilas edilib - <span style="color: red;">FOTO
# 01 aprel 2014 14:12 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində yaradılmış “qaynar xətt”ə giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində Lənkəran şəhərində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma hadisəsi barədə məlumat daxil olub.

APA-nın cənub bürosunun xəbərinə görə, daxil olan əməliyyat məlumatına əsasən FHN-in Cənub Regional Mərkəzinin Xüsusi xilasetmə hissəsinin xilasediciləri xüsusi təyinatlı avtomobildə hadisə yerinə səfərbər olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən sözü gedən ünvandakı beşmərtəbəli çoxmənzilli yaşayış binasının 4-cü mərtəbəsində 2 yaşlı Fariz Şahin oğlu Fərziyevin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı məlum olub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açıblar.

Mənzildə nəzarətsiz vəziyyətdə aşkarlanmış azyaşlı uşaq xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR