Sergey Lavrov: “Ukraynanın atəşkəs təklifi könüllülərin tərksilah olmasını və həbs edilməsini nəzərdə tutursa, bu, yolverilməzdir”

Sergey Lavrov: “Ukraynanın atəşkəs təklifi könüllülərin tərksilah olmasını və həbs edilməsini nəzərdə tutursa, bu, yolverilməzdir”
# 18 iyun 2014 11:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

S. Lavrovun fikrincə, Ukrayna hakimiyyətinin aqressiv mövqeyi müşahidə olunur. O, atəşi dayandırmağı zəruri sayıb: “Ukrayna qəzetlərindən birində oxudum ki, Ukraynanın şərqində bir neçə yüz min insanın ölkənin qərbinə köçürülməsi nəzərdə tutulur. Bu, açıq şəkildə etnik təmizləmədir. Öz hüquqlarını tələb edən insanları öz yerlərindən başqa yerlərə köçürürlər. Hərçənd mən bilmirəm ki, bu, tam həqiqətdir, ya yox. Həqiqətdirsə, çox pisdir”.

S. Lavrov Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəs təklifinə də toxunub: “Əgər bütün ölkə ərazisini əhatə edərsə, atəşkəs təklifi yaxşıdır. Ancaq bir tərəfdən atəşkəs haqqında danışırlar, bir tərəfdən də aqressiya davam edir. Atəşi dayandırmaq lazımdır. Ukrayna hakimiyyətinə qarşı çıxan könüllülər, şərqi Ukrayna təmsilçiləri ilə danışıqlar aparılmasını gözləyirik. Atəşkəsin müəyyən dövrü əhatə etməsini, bu zaman könüllülərin silahının yığılmasını, sonra onların həbs edilməsini nəzərdə tuturlarsa, bu, yolverilməzdir. Ukrayna hakimiyyəti danışıqlardan yayınmaqla özünü Avropa dəyərlərindən uzaq aparır. Kompromissiz mövqe düzgün deyil. Şərq regionlarında hərbi vəziyyətin elan edilməsi səmərəsiz olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR