Dow Jones indeksi 0,2%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1% yüksəlib, Nasdaq 0,4% enib
# 10 mart 2014 07:49 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 8-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 453 bəndədək, S&P 500 0,1% - 1 878 bəndədək yüksəlib, Nasdaq 0,4% - 4 336 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına qeyri-aqrar sahələrdə iş yerlərinin sayının fevralda yanvarla müqayisədə 175 min artması barədə statistika təsir edib.

Avropa fond bazarlarında martın 8-də FTSE 100 indeksi 1,1% - 6 713 bəndədək, Almaniya DAX-ı 2,0% - 9 351 bəndədək, Fransa CAC-40-ı isə 1,2% - 4 366 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 334,70 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3880 dollar (+1,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR