Azərbaycanda banklarda olan depozitlərin həcmi 19% artıb

Azərbaycanda banklarda olan depozitlərin həcmi 19% artıb
# 03 iyul 2014 09:31 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında yerləşdirilmiş depozitlərin həcmi 2014-cü ilin iyunun 1-nə 13 637 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 202,2 mln. manat və ya 19,26% artıb. O cümlədən, aprel ayından depozitlərin həcmi 21,4 mln. manat və ya 0,16% artıb.

Depozitlərin tərkibində 6 643,0 mln. manatı və ya 48,71%-i ev təsərrüfatlarının əmanətlərinin payına düşür. Əmanətlərin həcmi 2013-cü ilin iyunun 1-nə nisbətən 1 751,5 mln. manat və ya 12,75% artıb.

Eyni zamanda hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin martın 1-nə 6 334,9 mln. manata bərabərdir. Bu göstərici illik müqayisədə 1 304,8 mln. manat və ya 25,9% artıb.

Hüquqi şəxslərin depozitlərinin tərkibində 3 520,4 mln. manatı və ya 55,6%-i maliyyə təşkilatların depozitlərinin, 2 814,6 mln. manatı və ya 44,4%-i qeyri-maliyyə təşkilatların depozitlərinin payına düşür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR