Fiorello Provera: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal geri qaytarmalıdır”

Fiorello Provera: “Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal geri qaytarmalıdır”
# 27 iyun 2014 17:20 (UTC +04:00)

APA – nın məlumatına görə, bunu Azərbaycan Diplomatik Akademiyasında keçirilən tədbirdə Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin keçmiş vitse prezidenti Fiorello Provera bildirib.

Ermənistanı işğalçılıq siyasətinə görə qınayan F.Provera qeyd edib ki, bu münaqişə dərhal həll olunmalı, Azərbaycanın əraziləri geri qaytarılmalıdır: “Axı bir dövlət güc yolu ilə necə müdaxilə edib başqa bir dövlətin ərazisini tuta bilər? Bu qətiyyən qeyri etikdir”. Senator bildirib ki, bu münaqişəyə baxmayaraq Azərbaycan güclü inkişaf yolu keçib ki, bu təqdirəlayiqdir: “Hesab edirəm bu, Azərbaycan üçün böyük imkanlar verir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR