Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib - FOTO

 Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib - <span style="color: red;">FOTO
# 16 may 2014 15:07 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi və Meşələrin İnkişafı departamentlərinin, həmçinin onların tabeli qurumlarının 2014-cü ilin I rübü ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

İclası giriş sözü ilə açan nazir Hüseyn Bağırov ölkə prezidentinin ekologiya və ətraf mühitin mühafizəsi ilə əlaqədar məsələləri daim diqqət mərkəzində saxlamasını, ətraf mühitin mühafizəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük dəstək verdiyini, bu istiqamətdə iri layihələrin uğurla həyata keçirildiyini və hazırda da davam etdirildiyini bildirib.


Kollegiya iclasında Ətraf Mühitin Mühafizəsi Departamentinin direktoru Xalıqverdi Hüseynov çıxış edərək 2014-cü ilin I rübü ərzində Departament və onun tabeli qurumları tərəfindən görülən işlərin yekunu, “Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu”na daxilolmaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə məlumat verib

Meşələrin artırılması və bərpası istiqamətində 2014-cü ilin ötən dövrü ərzində görülmüş işlər, həmçinin “Meşələrin qorunub saxlanılması və təkrar istehsalı Fondu” na daxilomaların icra vəziyyəti və qarşıda duran vəzifələr barədə Meşələrin İnkişafı Departamentinin direktor əvəzi Şakir İsmayılov danışıb.


İclasda yerli Ərazi ekologiya və təbii sərvətlər şöbələrinin iş fəaliyyətinin səmərəliliyinin artırılması, o cümlədən ətraf mühitin mühafizəsi, ekoloji təbliğat və monitorinq sahəsində həyata keçirilən tədbirlərin yüksək səviyyədə aparılmasının təmin edilməsi, bu sahədə nöqsanların müəyyən edilərək aradan qaldırılması, eyni zamanda, meşələrə qeyri-qanuni müdaxilə hallarına qarşı effektiv mühafizə tədbirlərinin tətbiq olunması və meşə fondunda mövcud olan açıq ərazilərdə, xüsusən aran rayonlarında geniş massivlərdə əkin işlərinin aparılması barədə aidiyyəti qurumlara müvafiq qurumlara göstəriş verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR