Azərbaycanda çörək zavodunda partlayış olub, beş nəfər yaralanıb - YENİLƏNİB

Azərbaycanda çörək zavodunda partlayış olub, beş nəfər yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 17 fevral 2014 15:20 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, partlayış buxar qazanının düzgün tənzimlənməməsi səbəbindən baş verib. Partlayış nəticəsində zavodun işçiləri - 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Beyləqandakı çörək zavodunda baş verən partlayışa təbii qaz sızması səbəb olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR