Braziliyada polislər maaşların artırılması tələbi ilə tətilə başlayıblar

Braziliyada  polislər maaşların artırılması tələbi ilə tətilə başlayıblar
# 08 may 2014 03:34 (UTC +04:00)

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ən azı 40 % asayiş keşikçisi tətildə iştirak edir.

Tələblərinin yerinə yetirilmədiyi təqdirdə, polis əməkdaşları yayda Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı müddətində etiraz aksiyalarına əl atacaqlarını bildiriblər.

Qeyd edək ki, apreldə polisin tətilinə görə cinayətkarlığın kəskin şəkildə artması səbəbindən hökumət ölkənin şimali-şərqində yerləşən Baya ştatına qoşun hissələrini yeritməyə məcbur olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR