Dövlət Sosial Müdafiə Fondunda BVF-nin nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

Dövlət Sosial Müdafiə Fondunda BVF-nin nümayəndə heyəti ilə görüş keçirilib - <span style="color: red;">FOTO
# 11 mart 2014 15:04 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

DSMF-nin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı DSMF-nin sədri Elman Mehdiyev Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatların tərkib hissəsi olan sığorta-pensiya islahatlarının nəticələri, 2013-cü ildə Fondun büdcəsinin icrası, 2014-2015-ci illərdə perspektiv qiymətləndirmələr, sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı üzrə strateji hədəflər barədə ətraflı məlumat verib. O, bildirib ki, 2013-cü ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilə nisbətən 12,2% artıb. Sosial sığorta haqlarının 62,5%-i qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 14,6% çoxdur. 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərdən daxilolmalar 28,5%, torpaq mülkiyyətçiləri üzrə isə 21,8% artıb.

E.Mehdiyev vurğulayıb ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, əmək pensiyalarının könüllü yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi yolu ilə sığorta-pensiya sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olmaqdır.

BVF nümayəndə heyətinin rəhbəri Raca Almarzoqi Azərbaycanın sığorta-pensiya sistemində görülən işləri yüksək dəyərləndirib. Qonaq təmsil etdiyi qurumun Azərbaycanda reallaşdırdığı layihələrin əhəmiyyətini vurğulayaraq, birgə əməkdaşlığın bundan sonra da səmərəli olacağını qeyd edib. Görüşdə sığorta-pensiya islahatları üzrə strateji hədəflər və BVF ilə gələcək əməkdaşlıq məsələləri ətraflı müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR