Lənkəran sakininin evindən 5 kiloqram narkotik vasitə götürülüb - FOTO - VİDEO

Lənkəran sakininin evindən 5 kiloqram narkotik vasitə götürülüb  - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 mart 2014 13:10 (UTC +04:00)

Bu barədə APA-nın cənub bürosuna Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) müstəntiqi, polis mayoru Bəyəmir Cahangirov məlumat verib.

Onun sözlərinə görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, 1981-ci il təvəllüdlü Xalid İsmayıl oğlu Hüseynov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı Lənkəran şəhəri, Hacı Zeynalabdin küçəsi, dalan 1, ev 8 ünvanında yerləşən mənzilinə baxış keçirilərkən eyvandakı divanın altında satış məqsədilə saxladığı külli miqdarda narkotik vasitə aşkarlanıb. Burdan 1013,3 qram heroin, 3021,3 qram tiryək, 202,08 qram həşiş qətranı, 1806,5 qram psixotrop maddə olan “Metamfetamin” və 1 ədəd tərəzi aşkarlanaraq götürülüb.

X. Hüseynov ilkin ifadəsində narkotik vasitəni tanımadığı İran İslam Respublikasının vətəndaşından əldə etdiyini, bununla belə törətdiyi əməlindən peşman olduğunu bildirib.


Qeyd edək ki, saxlanılan Xalid Hüseynovun özü də narkotik aludəçisi olmaqla bərabər, analoji fakta görə əvvəllər 2 il məhkumluq həyatı yaşayıb.

Faktla bağlı Lənkəran ŞRPŞ-də Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR