Ankarada Türkiyə və İran prezidentlərinin görüşü keçirilib - FOTO

Ankarada Türkiyə və İran prezidentlərinin görüşü keçirilib - <span style="color: red;">FOTO
# 09 iyun 2014 13:59 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Bakı. İran və Türkiyə prezidentləri arasında görüş keçirilib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, əvvəlcə Çankaya köşkündə Həsən Ruhani və Abdulla Gülün təkbətək görüşüblər.

Hər iki prezident ikitərəfli əlaqələrin bütün sahələrdə daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Bundan sonra geniş tərkibdə görüş keçirilib. İran və Türkiyə prezidentlərinin iştirakı ilə gömrük, ortaq filmlərin çəkilməsi, elmi mədəni və tədris proqramları, turizm, mədəni irs, poçt, vətəndaşların qeydiyyatı və s. məsələlərlə bağlı iki ölkə arasında 10 saziş imzalanıb.

Sonra prezidentlərin birgə brifinqi keçirilib. Abdulla Gül jurnalistlərə açıqlamasında bildirib ki, hazırda əsas hədəf iki ölkə arasında ticarət mübadiləsinin həcminin 30 milyard dollara çatdırılmasıdır. O qeyd edib ki, Türkiyə və İran çox böyük potensiala malik ölkələrdir.

“Türkiyə və İran arasındakı əlaqələrin inkişafı yalnız iki ölkəni maraqlandırmır. Bölgədə sabitlik və təhlükəsizlik iqtisadi inkişafa öz təsirini göstərəcək. Biz İranın nüvə proqramı ilə bağlı yaranmış problemin diplomatik yolla həllinin tərəfdarıyıq. Kütləvi qırğın silahlarından təmizlənilmiş bir Orta Şərq vizionumuzu qoruyuruq. Ancaq bütün ölkələrin dinc məqsədli nüvə fəaliyyət haqqının qorunmasının da tərəfdarıyıq”, - deyə o vurğulayıb.

H.Ruhani isə hər iki ölkənin bölgədə xüsusi geosiyasi mövqeyə malik olduğunu önə çəkib. “İranla Türkiyə terrorizmlə mübarizədə istənilən vasitədən istifadə edəcəklər. Bölgəmizdə qeyri-sabitlik heç kimin maraqlarına cavab vermir. Ona görə də bu məsələlərdə iki ölkə əməkdaşlıq etmək istəyir. Nüvə silahlarından təmizlənilmiş bir Orta Şərq İranla Türkiyənin qəbul etdiyi bir faktdır. Türkiyə hökuməti nüvə mövzusunda həmişə yanımızda olub. Bu baxımdan Türkiyəyə təşəkkür edirik”.

İran prezidenti qeyd edib ki, bu səfər bir dönüş nöqtəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR