Məhəmməd Cavad Zərif: “İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunması üçün fikir ayrılıqları aradan qaldırılmalıdır”

Məhəmməd Cavad Zərif: “İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunması üçün fikir ayrılıqları aradan qaldırılmalıdır”
# 19 may 2014 15:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasından yekun razılaşmanın əldə edilməsi çətin olsa da, bu məsələnin reallığa çevrilməsi mümkündür.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu fikri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, bunun həyata keçməsi üçün ilk növbədə tərəflər arasında mövcud olan fikir ayrılıqları aradan qaldırılmalıdır.

Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında mayın 13-16-da Vyanada keçirilən nüvə müzakirələri fikir ayrılıqları səbəbindən nəticəsiz başa çatıb. Danışıqlarda yekun razılaşma sənədinin ilkin mətninin hazırlanması barədə razılığın olmasına baxmayaraq bəzi fikir ayrılıqları səbəbindən bu məsələnin həyata keçirilməsi mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR