Malayziyanın “Petronas” şirkətlər qrupu ARDNŞ-lə əməkdaşlığı genişləndirir

Malayziyanın “Petronas” şirkətlər qrupu ARDNŞ-lə əməkdaşlığı genişləndirir
# 27 may 2014 13:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Malaziyanın “Petronas” şirkətlər qrupunun prezidenti Tan Sri Dato Şamsul Azhar Abbasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev son illər ölkənin enerji sektorunda əldə etdiyi müvəffəqiyyətlər, infrastrukturun yenilənməsi, ölkədə və xaricdə həyata keçirilən layihələr haqqında qonaqlara ətraflı məlumat verib.

“Petronas”ın prezidenti bildirib ki, iki şirkət arasında əməkdaşlıq bir neçə ildir gerçəkləşdirilir, amma şirkət rəhbərlərinin görüşü ilk dəfədir baş tutur. Rəhbərlik etdiyi şirkətlə ARDNŞ-nin əməkdaşlığının genişlənməsində maraqlı olduqlarını bildirən “Petronas” prezidenti Azərbaycan şirkətinin regionda gerçəkləşdirdiyi layihələrdən xəbərdar olduqlarını və bu layihələrdə birgə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

O bildirib ki, əvvəlki illərdə olduğu kimi 2014-cü il və sonrakı illərdə də ARDNŞ-nin Azərbaycanda, eləcə də ölkə xaricində həyata keçirdiyi digər enerji layihələrinin inkişafı baxımından dinamik keçəcək, uğurlu olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR