Milli QHT Forumu “Şuşaya azadlıq” kampaniyasına start verib - FOTO

Milli QHT Forumu “Şuşaya azadlıq” kampaniyasına start verib - <span style="color: red;">FOTO
# 07 may 2013 08:29 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli QHT Forumu (MQF) Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfindən işğalının növbəti ildönümü ərəfəsində “Şuşaya azadlıq!” kampaniyasına start verib. Bununla bağlı MQF-də görüş keçirilib. MQF mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə forum prezidenti Rauf Zeyni ilə forumun departament rəhbərləri arasında “Şuşaya azadlıq!” kampaniyasına hərtərəfli dəstək vermək məsələləri müzakirə olunub. Kampaniya ilə əlaqədar bir sıra təkliflər irəli sürülüb, 1 il ərzində müxtəlif layihələr əsasında kampaniyanın aparılması nəzərdə tutulub.

Qeyd olunub ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyidir və onun azad edilməsi istiqamətində fəaliyyət göstərmək hər bir Azərbaycan vətəndaşının borcudur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR