Ann Brassör: “AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin işğalını pisləmiş, ərazi bütövlüyünə dəstək vermişik” - VİDEO

Ann Brassör: “AŞPA-nın 2005-ci ildə qəbul etdiyi qətnamədə Azərbaycan ərazilərinin işğalını pisləmiş, ərazi bütövlüyünə dəstək vermişik” - <span style="color: red;">VİDEO
# 23 iyun 2014 12:07 (UTC +04:00)

Hesab edirəm ki, biz bu sənəddə Azərbaycan ərazilərinin işğal olunmasını pisləmişik və ölkənin ərazi bütövlüyünə dəstək vermişik. Yəni artıq belə bir sənədimiz var və indi baxmalıyıq ki, bu məsələ ilə bağlı hansı formada yeni bir hesabat qəbul edə bilərik”.

APA-nın Strasburq müxbirinin məlumatına görə, bu sözləri AŞPA sədri, xanım Ann Brassör işğalçı Ermənistana qarşı mümkün sanksiyaların tətbiqi barədə suala cavabında deyib.

O bildirib ki, bu barədə sənəd AŞPA Bürosunun cümə günü keçiriləcək iclasında müzakirə olunacaq: “Mən bunu Bakıda da söyləmişəm, burada bir daha deyirəm ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi bizim üçün mütləq prioritetdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR