Zbiqnev Bjezinski: “İranla müzakirə çətin, amma mümkündür”

Zbiqnev Bjezinski: “İranla müzakirə çətin, amma mümkündür”
# 02 oktyabr 2013 10:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “İranla müzakirənin aparılması çətin, amma mümkündür”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Zbiqnev Bjezinski “CBS News” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ digər ölkələrə olduğu kimi, İrana da etimad edə bilər: “İran da böyük tarixə malik ölkədir”.

Z.Bjezinski nüvə silahlarının məhv edilməsi üzrə memorandumun imzalanması üçün vaxtilə ABŞ-la SSRİ arasında aparılmış müzakirələrə də toxunub: “Biz iranlılarla da bu işi görə bilərik. Bu şərtlə ki, radikal və zərbə vuracaq tövsiyələri dinləməyək”.

Sabiq müşavir İran prezidentinin ölkəyə qayıtdıqdan sonra bəzi etirazlarla qarşılanması və ona doğru ayaqqabı atılmasına məsələsinə də münasibət bildirib: “İranın mürəkkəb ictimaiyyəti var. Biz bu ölkənin statistikalarına diqqət yetirdikdə, qadınların çox önəmli rolu olduğunu görürük. Biz bunu bilmirik. Çünki bu ölkəyə baxışımız çox ağ-qaradır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR