Gürcüstanda “SOCAR” brendi altında daha bir qazdoldurma məntəqəsi açılıb

Gürcüstanda “SOCAR” brendi altında daha bir qazdoldurma məntəqəsi açılıb
# 08 may 2013 15:16 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda səfərdə olan Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev mayın 8-də Tbilisidə “SOCAR” brendi altında fəaliyyət göstərəcək yeni qazdoldurma məntəqəsinin açılışında iştirak edib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov, Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev, şirkətin Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və nümayəndəliyin əməkdaşları da iştirak ediblər.

Müasir standartlara cavab verən yeni QDM Gürcüstanda “SOCAR” brendi ilə fəaliyyət göstərən sayca 105-ci yanacaqdoldurma məntəqəsidir. Məntəqədə 15 nəfər işlə təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR