Avropa Parlamentinin üzvləri İrana səfər ediblər

Avropa Parlamentinin üzvləri İrana səfər ediblər
# 21 oktyabr 2013 06:55 (UTC +04:00)

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, Avropa Parlamentinin üç nəfərdən ibarət nümayəndə heyətinə Avstriya Sosial-Demokrat Partiyasının sədri Hans Svoboda rəhbərlik edir.

Onu müşayiət edən digər iki nəfər də bu partiyanın üzvüdür. Avroparlamentarilər 4 gün davam edəcək səfər çərçivəsində İranın bəzi rəsmiləri ilə görüşlər keçirəcəklər.

Görüşlərdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər əsas müzakirə mövzusu olacaq.

Artıq avroparlamentarilər oktyabrın 20-də İran parlamentində olub, bir sıra deputatlarla görüşüblər.

Qeyd edək ki, H. Svoboda İranda Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra Avropanın bu ölkəyə səfər edən ilk yüksək ranqlı rəsmisidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR