Ağ Ev: İran 6 ayda 7 milyard dollar gəlir əldə edəcək

Ağ Ev: İran 6 ayda 7 milyard dollar gəlir əldə edəcək
# 25 noyabr 2013 11:19 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran nüvə razılaşmasının icra olunacağı 6 ay müddətində sanksiyaların yüngülləşdirilməsi müqabilində 7 milyard dollar gəlir əldə edəcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə Ağ Ev açıqlama yayıb.

Xəbərdə həmçinin bildirilir ki, müvəqqəti razılaşma əsasında İranın dondurulmuş neft gəlirlərindən təxminən 4,2 milyard dolları sərbəst buraxılacaq. Eyni zamanda məlumatda İranın indiki səviyyədə neft ixracını davam etdirə biləcəyi və bu ölkə neftinin müştərilərinə tələbatlarını aşağı salmaları üçün təzyiq göstərilməyəcəyi qeyd olunub.

Bundan əlavə, İranın qızıl və qiymətli daşlar, avtomobil və neft-kimya sənayesinə qarşı tətbiq edilmiş sanksiyalar da təxirə salınır və rəsmi Tehran bu yolla 1,5 milyard dollarlıq gəlirinə qovuşur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR