Azərbaycanda ərlə arvadı odlu silahla hədələyərək evi qarət edən dəstə ifşa edilib

Azərbaycanda ərlə arvadı odlu silahla hədələyərək evi qarət edən dəstə ifşa edilib
# 15 noyabr 2013 09:12 (UTC +04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Əzizağa Soltanovun, Zaur Əliyevin, Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə axtarışda olduğuna görə tutulmuş Lətif Nəbiyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onların 2012-ci il oktyabrın 29-da Balakən Rayon Polis Şöbəsi tərəfindən axtarışda olan Vasif Qarayev və Ramin adlı şəxslə birgə Mübariz Əlicanovu və onun arvadı Könülü odlu silahla hədələyərək əllərini kəmərlə bağlayıb, evdən 4 min manat pul, 10 min manat dəyərində qızıl və digər əşyaları aparmaları da müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR