Azərbaycanda şirkətə ziyan vuran satış təmsilçisi ilə əlaqədar cinayət işi açılıb

Azərbaycanda şirkətə ziyan vuran satış təmsilçisi ilə əlaqədar cinayət işi açılıb
# 04 fevral 2014 11:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Azərbaycanda şirkət əməkdaşı ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “UNİMAC Az” MMC-nin əməkdaşının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə daxil olmuş məlumat araşdırılıb.

Araşdırma zamanı şirkətin satış təmsilçisi Anar Xəlilzadənin tikinti materiallarının satışından qəbul etdiyi 17.0 min manat vəsaiti müəssisənin xəzinəsinə mədaxil etməyərək mənimsəməsində və bununla da cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR