Azərbaycanda normalara cavab verməyən məhsullar istehsal edən 226 obyekt bağlanıb

Azərbaycanda normalara cavab verməyən məhsullar istehsal edən 226 obyekt bağlanıb
# 13 yanvar 2014 08:14 (UTC +04:00)

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya açıqlamasında bildirib ki, 226 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 89 iş istintaq orqanına verilib, 290 nəfər işdən müvəqqəti olaraq kənarlaşdırılıb.

İ.Abdullayev qeyd edib ki, ötən il ərzində orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 10 509 yeyinti məhsulları nümunə götürülüb, ondan 161-də kənara çıxma, mikrobioloji göstəricilərinə görə götürülən 9 841 nümunədən 112-də kənara çıxma aşkar olunub. Toksikoloji göstəricilərinə görə 2870, radioloji göstəricilərinə görə 289 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Ötən ilin 12 ayı ərzində şadlıq evlərindən 30 826 yaxma nümunəsi götürülüb. Aparılan yoxlamalar nəticəsində 498 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Soyuq qəlyanaltılardan 580 nümunə götürülüb ki, onlardan da 5-nin nəticəsi qeyri-kafi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR