Ermənistanın xaric işlər naziri və Avropa Birliyinin xüsusi nümayəndəsi Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Ermənistanın xaric işlər naziri və Avropa Birliyinin xüsusi nümayəndəsi Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər
# 22 yanvar 2014 08:54 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 21-də keçirilən görüşdə tərəflər Ermənistan-Avropa Birliyi münasibətlərini, habelə Cənubi Qafqazdakı vəziyyəti və regional münaqişələrin həllinə yönəlik səyləri müzakirə ediblər.

Xatırladaq ki, yanvarın sonunda F. Lefortun Avropa Birliyinin xüsusi nümayəndəsi postundakı missiyası bitir. Hazırda onun yerinə namizəd olan şəxslər arasında seçim aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR